Bakı. Trend:
Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək.
Trend xəbər verir ki, 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.
Qeyd edək ki, Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb.