...

Lukaku yenidən İtaliya klubunda

İdman Materials 31 Avqust 2023 16:19 (UTC +04:00)
Lukaku yenidən İtaliya klubunda
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərənin “Çelsi” klubu futbolçusu Romelu Lukakunu icarəyə verib.

Trend xəbər verir ki, bu barədə "Roma"nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, belçikalı forvard mövsümün sonuna qədər İtaliya “Roma”sının formasını geyinəcək.

Müqaviləyə satınalma bəndi daxil edilməyib.

Qeyd edək ki, Lukaku ötən mövsümü də İtaliyada keçirib. 30 yaşlı futbolçu “İnter”də oynayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti