...

Taekvondo komandamız bürünc medal qazandı (FOTO)

İdman Materials 31 Avqust 2023 18:32 (UTC +04:00)
Taekvondo komandamız bürünc medal qazandı (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo üzrə komanda yarışlarında idmançılarımız bürünc medal qazanıblar.

Trend xəbər verir ki, Azərbaycanı təmsil edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Rusiyanın Ural Dövlət Universitetinə 54:38 hesabı ilə məğlub olaraq bürünc medal əldə edib.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir.

Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti