...

"Grace of Nature" beynəlxalq turnirinin bütün iştirakçıları yaxşı çıxış edirlər - yarışların qalibi

İdman Materials 21 Sentyabr 2023 18:43 (UTC +04:00)
"Grace of Nature" beynəlxalq turnirinin bütün iştirakçıları yaxşı çıxış edirlər - yarışların qalibi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Naxçıvan. Trend:

"Grace of Nature" beynəlxalq turnirinin bütün iştirakçıları yaxşı çıxış edirlər.

Bu barədə cümə axşamı Trend-ə “Ocaq Sport” Klubunun yetirməsi, 2017-ci il təvəllüdlü gimnastlar arasında predmetsiz hərəkətlər proqramında yarışların qalibi Asya Mahmudzadə deyib.

"Turnirdə birinci yer çox gözəl nəticədir. Şadam ki, hakimlər çıxışımı yüksək qiymətləndirdilər. Bu mənim ilk beynəlxalq yarışım idi, çalışırdım ki, proqramımı səhvsiz yerinə yetirim", - 6 yaşlı idmançı deyib.

Gənc gimnast bütün iştirakçıların yarışlara yaxşı hazırlaşdığını qeyd edib.

"Bütün qızlar çox yaxşı çıxış edirlər, buna görə rəqabət ciddidir. Tamaşaçıların bizi dəstəkləməsi, ruhlandırması xoşdur, bütün bunlar ilham verir və insanı əla nəticəyə kökləyir", - deyə o əlavə edib.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii gimnastika üzrə "Grace of Nature" Beynəlxalq turniri 21-22 sentyabr tarixlərində Naxçıvanda keçirilir.

Naxçıvanda təşkil olunmuş bədii gimnastika üzrə birinci beynəlxalq yarışda balacalar (2016-2017-ci il təvəllüdlü), uşaqlar (2013-2015-ci il təvəllüdlü), yeniyetmələr (2011-2012-ci il təvəllüdlü) və gənclər (2008-2010-cu il təvəllüdlü) yaş kateqoriyasında Azərbaycan və Qazaxıstan komandalarını təmsil edən 250-ə yaxın gimnast iştirak edir. Yarışlarda Azərbaycanın paytaxtından və bölgələrdən (Naxçıvan, Gəncə, Ağdaş, Mingəçevir, Oğuz, Qax, Şəmkir və Zaqatala) 20 klubun gimnastları iştirak edir.

Yarışlar Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti