...

“Neftçi” klubunda yeni TƏYİNAT

İdman Materials 28 Sentyabr 2023 09:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Neftçi”də daha bir təyinat reallaşıb.

Trend klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar”ın mətbuat katibi müəyyənləşib.

Bu vəzifəyə Emin Əfəndi təyin edilib.

45 yaşlı Emin Əfəndi müxtəlif illərdə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinə təşkilatçılıq edib. O, 2011-ci ildə Azərbaycanda keçirilən boks üzrə dünya çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub.

Qeyd edək ki, iki gün əvvəl “Neftçi”nin yeni strukturu təsdiqlənib. Media, marketinq və ictimaiyyətlə əlaqələr departamenti kommersiya və kommunikasiyalar üzrə iki hissəyə ayrılıb. Kommersiya üzrə direktor Rüstəm Allahverdiyev, kommunikasiyalar üzrə direktor isə Aysu İbrahimlidir.

Xəbər lenti

Xəbər lenti