Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun daha iki oyunu keçiriləcək.
Trend xəbər verir ki, ilk olaraq “Neftçi” “Turan Tovuz”un qonağı olacaq.
Bölgə təmsilçisi 11 xalla dördüncü, “ağ-qaralar” doqquz xalla altıncı pillədə qərarlaşıblar.
Günün digər görüşündə “Sabah” səfərdə “Səbail”lə üz-üzə gələcək. Meydan sahibləri 13 xalla üçüncü, rəqibindən bir matç az keçirən qonaqlar beş xalla səkkizinci sıradadırlar.
Azərbaycan Premyer Liqası
VIII tur
16:00. “Turan Tovuz” - “Neftçi”
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Şirmamed Mamedov, Fərid Hacıyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu
18:00. “Səbail” - “Sabah”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rəhman İmami, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena”
Qeyd edək ki, açılış oyununda “Qarabağ” “Sumqayıt”ı beş cavabsız qolla üstələyib. Tura oktyabrın 1-də “Kəpəz” - “Qəbələ” və “Araz-Naxçıvan” - “Zirə” qarşılaşmaları ilə yekun vurulacaq.