...

Azərbaycan taekvondoçuları Qətər açıq çempionatında mübarizə aparacaqlar

İdman Materials 21 Oktyabr 2023 08:16 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın taekvondo yığması Dohada Qətər açıq çempionatında iştirak edəcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, üç gün davam edəcək yarışda Azərbaycan böyüklərin mübarizəsində təmsil olunacaq.

Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov Dohada Səyyad Dadaşov (54 kiloqram), Qaşim Maqomedov (58 kiloqram), Pərviz İskəndərov (63 kiloqram), Cavad Ağayev, Əliəskər Əliyev (hər ikisi 74 kiloqram), Eltac Qafarov (80 kiloqram), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqaniyə (hər ikisi +87 kiloqram) güvənəcək.

Qadınların mübarizəsində isə baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında 4 idmançı qüvvəsini sınayacaq. Minayə Əkbərova (49 kiloqram), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kiloqram) və Fatimə Məcidova (67 kiloqram) dayanq üzərinə çıxacaqlar.

Qeyd edək ki, oktyabrın 21-də start götürəcək yarışda Azərbaycan taekvondoçuları bir gün sonra - oktyabrın 22-də mübarizə aparacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti