Bakı. Trend:
Gənclər və idman sahəsinə özəl şirkət və sponsorların cəlbi üçün mexanizm hazırlanmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Şahin İsmayılov deyib.
Deputat bildirib ki, beynəlxalq təcrübəyə baxanda görürsən ki, bəzi özəl şirkətlər sponsor olmaq üçün illərlə növbəyə dayanır.
“Bizdə də belə mexanizm hazırlanmalıdır. Ola bilər, hər hansı vergi güzəşti, yaxud hər hansı stimullaşdırıcı proqramlar qəbul edilsin. Hesab edirəm ki, stimullaşdırıcı proqramlarla dövlətin bu sahədəki yükünü müəyyən qədər azaltmış olarıq. Bilirik ki, bir çox fedarasiyaları ayrı-ayrı dövlət qurumları dəstəkləyir. Amma özəl sektoru da bu işə cəlb etmək lazımdır”, - deyə o əlavə edib.