...

"Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Sabah"ı qəbul edəcək

İdman Materials 11 Noyabr 2023 10:00 (UTC +04:00)
"Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Sabah"ı qəbul edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.

Trend xəbər verir ki, ilk olaraq "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.

"Neftçi Arena"dakı qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.

Digər matçda "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu görüş saat 19:00-da başlanacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XIII tur

16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Neftçi Arena”

19:00. “Turan Tovuz” – “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu

Qeyd edək ki, turun “Zirə” – “Qəbələ” və “Qarabağ”– “Səbail” oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti