...

AFFA dörd klubu cərimələdi

İdman Materials 29 Noyabr 2023 14:25 (UTC +04:00)
AFFA dörd klubu cərimələdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qurumun İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XIV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Sabah” – “Qarabağ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib. Ağdam təmsilçisi isə azarkeşlərinin stadiona verdiyi zərəri (82 ədəd oturacağın sındırılması) ödəyəcək.

“Qəbələ” – “Turan Tovuz” oyununda topdaşıyanların meydançaya daxil olması Qəbələ klubu 500 manat cərimələnməsinə səbəb olub. Matçda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə komanda 1500 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” görüşü bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə paytaxt təmsilçisi 800 manat ziyana düşüb. Qarşılaşmada "ağ-qaralar"ın azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” 500 manat cərimə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti