Bakı. Trend:
Dekabrın 19-da futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura start verilib.
Trend-in məlumatına görə, turun ilk oyununda “Leypsiq” səfərdə “Verder Bremen”lə heç-heçə oynayıb – 1:1.
Turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Borussiya Dortmund” və “Hoffenheym” də xal itiriblər. Belə ki, “Borussiya Dortmund” öz meydanında “Maynts”la 1:1 hesablı heç-heçəyə razılaşıb. “Hoffenheym” isə səfərdə “Darmştad”ın müqavimətini qıra bilməyib – 3:3.
Qeyd edək ki, Bundesliqada turnir cədvəlinə 39 xalla “Bayer Leverkuzen” başçılıq edir. Ondan bir oyun az keçirən “Bavariya”nın 35 xalı var.