Bakı. Trend:
Almaniya Bundesliqasının XIX turunda növbəti oyunlar keçirilib.
Trend-in məlumatına görə, “Bavariya” səfərdə “Auqsburq”la qarşılaşıb.
Görüş Münxen təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 23-cü dəqiqədə qonaqların heyətində Aleksandar Pavloviç açıb. Alfonso Deyvis 45+5-ci dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Meydan sahiblərinin heyətində 52-ci dəqiqədə Ermedin Dəmiroviç fərqi azaldıb. Lakin Harri Keyn 58-ci dəqiqədə növbəti qola imza atıb. Matçda son nöqtəni dubla imza atan Ermedin Dəmiroviç qoyub.