...

Azərbaycan klublarının ümumi gəliri məlum olub

İdman Materials 19 Fevral 2024 19:19 (UTC +04:00)
Azərbaycan klublarının ümumi gəliri məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında çıxış edən klubların ötən ilki gəlirləri məlum olub.

Trend xəbər verir ki, bu barədə UEFA-nın yaydığı hesabatda qeyd olunub.

Belə ki, 2023-cü ildə 10 klubun ümumi gəliri 47 milyon avrodur. Premyer Liqa klubları bu məbləğin 18 milyon avrosunu kommersiya gəlirindən qazanıb.

UEFA isə 16 milyon avronu Azərbaycan klublarına ödəyib.

Hesabatda digər xərclərin 13 milyon olduğu, bilet satışından isə 1 milyon avro qazanc əldə edildiyi göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti