...

Azərbaycan şahmatçısı 17-ci yeri tutub

İdman Materials 7 Mart 2024 20:10 (UTC +04:00)
Azərbaycan şahmatçısı 17-ci yeri tutub

Bakı. Trend:

Moskvada təşkil olunan şahmat üzrə “Aeroflot Open” turniri başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı nəticəyə Aydın Süleymanlı imza atıb.

Yekunda xal toplayan təmsilçimiz turniri 17-ci pillədə başa vurub. “Aeroflot Open”də 7,5 xal toplayan iranlı Məhəmməd Amin Tabatabai qalib adını qazanıb.

Qeyd edək ki, Aydın 2023-cu ildə analoji yarışda 1-ci yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti