Bakı. Trend:
Milli Paralimpiya Komitəsinin Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rüfət Hacılıya yeni vəzifə verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həmyerlimiz Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) icraçı direktoru təyin edilib.
Hacılının təyinatı IBSA-nın İdarə Heyətinin onlayn formatda keçirilən son iclasında rəsmiləşib.
Qeyd edək ki, IBSA-ya 120-dən çox ölkə üzvdür.