Bakı. Trend:
Aprelin 6-7-si FCHAIN-nin dəstəyi ilə Pro Sport Gimanstika Klubu Gürcüstanın Tbilisi şəhərində keçirilmiş “Venera Cup” Beynəlxalq Gimnastika Turnirində iştirak edib. 3 yaşdan başlayaraq 7 ölkədən 250-ə yaxın gimnastın iştirak etdiyi yarışa Pro Sport böyük komanda heyəti ilə qatılıb, 29 gimnast fərqli kateqoriyalarda individual və qrup çıxışları ilə yarışda fərqlənməyi bacarıb. Beynəlxalq turnirə qatılan gimnastlar arasında Financial Chain Corporation-nın rəsmi sponsoru olduğu Züleyxa Şabanova fərqlənməyi bacararaq 5 qızıl medal qazanıb. Gözəl və istedadlı gimnast, FCHAIN-nin gimnast şahzadəsi Züleyxa Şabanova individual proqramda alətsiz, top, gürzlər və çoxnövlülükdə 1-ci yerlə mükafatlandırılıb.
“Financial Chain Corporation ölkədə idmanın inkişafını hər zaman dəstəkləyib və bu gələcəkdə də davam edəcək. Biz iki ildən artıqdır ki, Pro Sportla bərabərik və onlara Abu Dabidə, Riyadda və sair beynəlxalq turnirlərdə dəstək olmuşuq. Bu dəfə isə doğma komandamız Gürcüstanın Tbilisi şəhərində qazanılmış möhtəşəm qələbələrlə geri qayıdır. FCHAIN-nin rəsmi sponsoru olduğu Züleyxa Şabanovanı və məşqçilərini qürur hiss ilə təbrik edərək, Dünya Çempionatlarına doğru addımlamağını arzu edirəm“ – Zaur Qədirov, FCHAIN-nin İdarəedici Tərəfdaşı sevinc hissi ilə fikirlərini bölüşüb.
Ümumilikdə Pro Sport gimnastları 49 qızıl, 8 gümüş ve 5 bürünc medalla yarışı sonlandırıblar. Qeyd edək ki, Pro Sport gimnastları bu mötəbər yarışa 3 ay intevsiv hazırlaşaraq bayrağımızı Gürcüstanda böyük fəxrlə ucaldıblar.