...

“Roma”nın futbolçusu ürək tutması keçirib, "Udineze" ile oyun yarımçıq dayandırılıb

İdman Materials 14 Aprel 2024 23:29 (UTC +04:00)
“Roma”nın futbolçusu ürək tutması keçirib, "Udineze" ile oyun yarımçıq dayandırılıb

Bakı. Trend:

İtaliya A Seriyasının 32-ci turunda keçirilən "Udineze" - "Roma" oyununda xoşagəlməz hadisə yaşanıb.

Trend-in məlumatına görə, qarşılaşmanın 72-ci dəqiqəsində "Roma"nın futbolçusu Evan N'Dika ürək tutması keçirib.

Qəflətən halı pisləşən 24 yaşlı oyunçuya ilk tibbi müdaxilə meydanda edilib.

Matçın baş hakimi bu səbəbdən oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, hadisə baş verən dəqiqəyə qədər görüş 1:1 hesabı ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti