...

Azərbaycanın üç basketbolçusu “Top-20”də - Dünya reytinqi

İdman Materials 15 Aprel 2024 15:15 (UTC +04:00)
Azərbaycanın üç basketbolçusu “Top-20”də - Dünya reytinqi

Bakı. Trend:

Honkonqda keçirilən basketbolun 3x3 növü üzrə qadınların Olimpiya Təsnifat Turnirindən sonra FİBA-nın reytinq cədvəlləri açıqlanıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışda çempionluq yaşamaqla Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan Azərbaycan millisinin uğuru təmsilçilərimizin mövqeyində də əksini tapıb.

Basketbolçuların fərdi reytinqində Honkonqda iştirak etməyən Brianna Frezer dünyanın 4-cü ən yaxşısıdır – 199,939. Aleksandra Mollenhauer da “Top-10”da yer alıb. O, 163,227 xalla 9-cudur. 140,426 xala malik Dina Ulyanova dünyanın 16-cı basketbolçusu sayılır.

Qadınlardan ibarət Azərbaycan millisi komandaların reytinqində 12-ci pillədə qərarlaşıb. Brianna, Dina və Aleksandradan ibarət “üçlük” Avropa yığmaları arasında 5-cidir.

Qadınların federasiya reytinqində Azərbaycan 12-cidir. Bu, Avropada 8-ci göstəricidir - 622,327 xal.

Qeyd edək ki, basketbol yığmamız komanda idman növləri tarixində ilk dəfə Olimpiya Oyunlarında iştirak hüququ qazanıb.

Xəbər lenti

Xəbər lenti