...

"Böyük Dəbilqə": Son gündə daha 2 bürünc medal

İdman Materials 12 May 2024 18:07 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanın Astana şəhərində keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin 4 cüdoçusu mübarizə aparıb.

Onlardan ikisi çıxışını bürünc medalla başa vurub.

90 kq

Avropa çempionu Elcan Hacıyev turnirə qələbə ilə start verib. İlk mərhələdən azad olan təmsilçimiz 1/8 finalda Yermaxan Anurbekova qalib gəlib. Növbəti görüşdə israilli Li Koçmana qalib gələn Elcan yarımfinala yüksəlib. O, Yahor Voropayevlə (AİN) qarşılaşmada məğlub olub. Hacıyev bürünc medal üçün Eldar Allahverdiyevə (AİN) qalib gəlib.

90 şəki dərəcəsində digər təmsilçimiz də eyni uğuru təkrar edib. Vüqar Talıbov Muxammedali Mavlidov (Qazaxıstan), Kristofer Kaljulaid (Estoniya) və Eldar Allahverdiyevi (AİN) mübarizədən kənarlaşdırıb. O, yarımfinalda almaniyalı Edurar Trippellə uduzub. Talıbov bürünc uğrunda serbiyalı Nemanya Majdova qalib gəlib.

100 kq
Uşanqi Kokauri və Camal Qamzatxanov ilk görüşdə uduzaraq, mübarizəni dayandırıblar. Uşanqi yerli Madi Yedilbayevə, Camal isə Davit Kevlişviliyə (İspaniya) məğlub olub.

Qeyd edək ki, yarışın ilk günündə Kamran Süleymanov (66 kq) bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti