...

Kriştiano Ronaldo yeni rekorda imza atıb

İdman Materials 12 İyun 2024 00:32 (UTC +04:00)

Bakı. Trend:

Portuqaliyalı ulduz Kriştiano Ronaldo futbol tarixinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, ən çox oyun keçirən futbolçu rekorduna imza atıb.

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) hesablamalarına görə Portuqaliya yığmasının İrlandiya ilə yoldaşlıq matçında Ronaldo 1226-cı dəfə meydana çıxıb. 39 yaşlı futbolçu bu göstəricidə hesabında 1225 oyun olan braziliyalı qapıçı Rojerio Senini arxada qoyub.

Kriştiano Portuqaliya, İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı çempionatlarında 698 oyun keçirib. O, bu ölkələrin kubok və superkubok yarışlarında 101 matçda meydana çıxıb. Ronaldonun hesabında beynəlxalq klub yarışlarında 220, milli komandada isə 207 qarşılaşma var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti