...

İspaniya millisinin futbolçusu Dani Karvahal rekorda imza atıb

İdman Materials 16 İyun 2024 13:41 (UTC +04:00)

Bakı. Trend:

İspaniya millisinin futbolçusu Dani Karvahal Avropa çempionatları tarixinə düşüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, Berlinin Olimpiya stadionunda Xorvatiya ilə qarşılaşmanın ilk yarısının artırılma dəqiqələrində vurduğu qolla rekorda imza atıb.

Karvahal 32 yaş 156 günlüyündə rəqib qapısına yol tapıb. O, bununla da İspaniyanın Avropa çempionatlarında qol vuran ən yaşlı futbolçusu olub.

Ona bu qolun ötürməsini verən Lamin Yamal isə 16 yaş 338 günündə Avropa çempionatları tarixinə ən gənc assistent kimi öz adını yazdırıb.

Qeyd edək ki, matç ispanların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti