...

AVRO-2024: Şotlandiya İsveçrə ilə heç-heçə edib

İdman Materials 20 İyun 2024 00:56 (UTC +04:00)
AVRO-2024: Şotlandiya İsveçrə ilə heç-heçə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AVRO-2024-ün A qrupunda II tura yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, günün son matçı Kölndə təşkil olunub.

İsveçrə Şotlandiyanı sınağa çəkib. İlk turda məğlub olan britaniyalılar bu dəfə 1 xala seviniblər. Şotlandiya yenə də avtoqola sevinib. Almaniya ilə görüşdə Rudiger şotlandları sevindirmişdisə bu dəfə Şer topu öz komandasının qapısından keçirib. İsveçrənin bərabərlik qolunun müəllifi Şakiri olub.

Qeyd edək ki, A qrupunda III turun matçları iyunun 23-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti