Bakı. Trend:
PFL-in icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən yeni təyinat alıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
O, Konfrans Liqasının I təsnifat mərhələsinin oyununda iş başında olacaq. Qurum rəsmisi iyulun 18-də Albaniyada keçiriləcək “Tirana” (Albaniya) – “Torpedo Kutaisi” (Gürcüstan) oyununun UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.