Paris. Trend:
Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının taekvondo yarışlarına start verilib.
Trend xəbər verir ki, Azərbaycan millisinin yeganə təmsilçisi Qaşım Maqomedov da mübarizəyə qoşulub.
İdmançımız 58 kq çəkidə qüvvəsini sınayıb. O, çempionluq uğrunda cənubi koreyalı Park Tae-Junla qarşılaşıb. İlk raundda zədələnən Qaşım ikinci hissədə döyüşü davam etdirə bilməyib və Olimpiadanı gümüş medalla bitirib.
Bu, milli komandamızın Paris-2024-də qazandığı 3-cü mükafat olub. Daha öncə cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) qızıl medala sahib olub.