...

Paris-2024: Olimpiya mükafatçısı mətbuat konfransı zamanı huşunu itirib

İdman Materials 9 Avqust 2024 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paris Olimpiya Oyunlarının pnevmatik tapança ilə atəşaçmada gümüş mükafatın sahibi Kim Ye Ji Cənubi Koreyanın İmsil şəhərində mətbuat konfransı zamanı huşunu itirib.

Trend xəbər verir ki, idmançı təxminən 10 dəqiqəyə özünə gəlib.

Kim Ye Jiyə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, idmançının vəziyyəti Fransada keçirilən yarışlardan sonra pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti