Bakı. Trend:
"Yuventus" Voytsex Şçesnı ilə yollarını ayırıb.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Turin klubu məlumat yayıb.
Verilən açıqlamada polşalı qapıçıya uğurlar arzulanıb. 2017-ci ildən "Yuventus"da çıxış edən Voytsex 252 dəfə komandanın formasını geyinib. O, bu oyunların 103-də qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Şçesnınin Səudiyyə Ərəbistanı klublarından birinə keçməsi gözlənilir.