Bakı. Trend:
Özbəkistanın Səmərqənd şəhərində keçirilən taekvondo üzrə “Səmərqənd Open 2024” yarışına yekun vurulub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, taekvondoçularımız turnirdə 3 qızıl, 5 gümüş və 4 bürünc medalla qazanıblar.
Yarışda "Alpman", "Asiman", "Atlet" və RUGİM taekvondo klublarının idmançıları vahid Azərbaycan komandası şəklində mübarizəyə aparıblar. "Alpman" Taekvondo Klubunun idmançıları Murad Həsənzadə (26 kq) və Sübhan Rzayev (38 kq) döyüş üzrə qızıl, Nigar Useynova (İndividual - U30) və Narin Həsənova (İndividual - U18) isə yarışın gümüş medalını qazanıblar.
"Asiman" Taekvondo Klubunun idmançıları Vidadi Məmmədli (26 kq), Cahid İsmayılzadə (42 kq), Yusif Zeynallı (+42 kq) gümüş, Fateh Sultanlı (38 kq) və Aliyə Məmmədli (+42 kq) isə yarışı bürünc medalla başa vurublar.
"Atlet" Taekvondo Klubunun idmançısı isə Tağıyev Əkbər (24 kq) “Səmərqənd Open 2024”də bürünc medala sahib çıxıb.
RUGİM Taekvondo komandasının idmançısı Zəhra İsayeva (42kq) qızıl, Mirzəli Uğur (40 kq) isə yarışın bürünc medalını qazanıb.
Qeyd edək ki, komandamız avqustun 16-18-də Özbəkistan taekvondo komandaları ilə birgə təlim-məşq keçəcəklər.