...

Çempionlar Liqası ilə vidalaşacaq ilk komanda bəlli olub

İdman Materials 11 Dekabr 2024 12:52 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Çempionlar Liqasında mübarizəni dayandıracaq ilk komandanın adı bəlli olub.

Trend xəbər verir ki, ötən gecə 6-cı turda öz meydanında "Aston Villa"ya 2:3 hesabı ilə uduzan "Leyptsiq"in Liqa mərhələsinin sonunda turnirlə vidalaşacağı dəqiqləşib.

Çünki keçirdiyi 6 oyunun hamısında uduzan Almaniya klubunun pley-off oynamaq şansı verən 9-24-cü yerlərdən birini tutmaq imkanı da qalmayıb.

Xatırladaq ki, avrokuboklarda yeni formatda keçirilən Liqa mərhələsi bu mövsümdən başlayıb. ÇL-də 1-8-ci yeri tutanlar 1/8 finala yüksələcək, 9-24-cü yeri tutanlar isə 1/8 finala çıxmaq üçün 2 matçdan ibarət pley-off matçlarında oynayacaqlar. 24-36-cı yeri tutanlar avrokuboklarda mübarizəni başa vuracaqlar.

Xəbər lenti

Xəbər lenti