Bakı. Trend:
"Bavariya" Bundesliqanın 21-ci turunda "Verder" üzərində inamlı qələbə qazandı.
Trend xəbər verir ki, Münhen klubu doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib.
İkinci hissənin əvvəlində Harri Keyn penalti zərbəsi ilə hesabı açıb. Matçın sonlarına yaxın Leroy Sane fərqlənərək üstünlüyü artırıb. Artırılmış vaxtda Keyn yenidən penaltidən dəqiq zərbə vuraraq görüşdə son nöqtəni qoyub.
Bu qələbə ilə "Bavariya" xallarını 54-ə yüksəldərək Bundesliqada liderliyini davam etdirib. Münhen klubu ardıcıl yeddinci çempionat qələbəsini qeyd edib. "Verder" isə 30 xalla səkkizinci yerdə qərarlaşıb.