Bakı. Trend:
Almaniya Bundesliqasında 24-cü turun altı oyunu baş tutub.
Trend-in məlumatına görə, qonaq komandalar üçün uğurlu gün olub.
Səfərdə oynayan komandalar meydanı qələbə ilə tərk ediblər. Çempion "Ayntraxt"la qarşılaşmada "Bayer" heç bir çətinlik çəkmədən 4:1 hesablı qələbə qazanıb.
Dortmund "Borussiya"sı isə "Sankt-Pauli" üzərində 2:1 hesabı ilə üstünlük əldə edib.