Bakı. Trend:
İtaliya A Seriyasında 29-cu turun növbəti oyunu keçirilib.
Trend-in məlumatına görə, "Fiorentina" doğma meydanda "Yuventus"u qəbul edib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra xallarını 48-ə çatdıran "Fiorentina" 8-ci pilləyə yüksəlib. Qonaqlar isə 52 xalla 5-ci sırada qalıb.
Qeyd edək ki, turnir cədvəlinə 61 xalla "İnter" başçılıq edir. Eyni xala malik "Napoli" ikincidir.