...

"Fənərbağça"nın əsas hücumçusu zədələndi

İdman Materials 23 Mart 2025 08:45 (UTC +04:00)
"Fənərbağça"nın əsas hücumçusu zədələndi

Bakı. Trend:

Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko burnundan zədələnib.

Trend-in məlumatına görə, 37 yaşlı forvard DÇ-2026-nın seçmə mərhələsində Rumıniyaya qarşı matçda xəsarət alıb və fasilədə əvəzlənib.

"Fənərbağça"nın futbolçusunun müayinələrdən sonra burnunun sındığı müəyyən edilib. O, müalicəsini İstanbulda davam etdirəcək və təxminən 10 gün meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Bosniya və Herseqovina seçmə mərhələyə səfərdə Rumıniyanı 1:0 hesabı ilə məğlub edərək qələbə ilə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti