...

Ronaldo bu nailiyyəti ilə futbol tarixinə düşdü

İdman Materials 24 Mart 2025 17:51 (UTC +04:00)
Ronaldo bu nailiyyəti ilə futbol tarixinə düşdü
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo öz milli komandasının heyətində sərasər 22 il ərzində qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.

Trend xəbər verir ki, martın 23-də portuqaliyalı hücumçu Millətlər Liqasının 1/4 final mərhələsi çərçivəsində Danimarka millisinə qarşı keçirilən matçda fərqlənib.

Oyunda hesab 5:2 Portuqaliyanın xeyrinə başa çatıb. Bu portuqalların turnirin yarımfinalına adlamasına imkan verib. Yarımfinal mərhələsinə, eyni zamanda, Fransa, Almaniya və İspaniya vəsiqə qazanıb.

Qeyd edək ki, Ronaldo karyerası ərzində 929 qol vurub, bunlardan 136-nı Portuqaliya millisinin heyətində gerçəkləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti