Bakı. Trend:
Azərbaycan Karate Federasiyası (AKF) Dünya Karate Federasiyasına (WKF) rəsmi üzv qəbul edilib.
Trend xəbər verir ki, bu barədə AKF-nin mətbuat xidmətindən bildiriblər.
Bildirilib ki, Azərbaycanda karate üzrə akkreditasiyadan keçən yeganə federasiya AKF-dir.
Qurum WKF qaydalarına uyğun idman karatesini inkişaf etdirir, eləcə də Azərbaycanda müxtəlif karate üslublarını (fənn) vahid sistem altında birləşdirərək onların inkişafına dəstək verir.