Bakı. Trend:
Portuqaliyanın futbol üzrə milli komandasının kapitanı və hücumçusu Kriştiano Ronaldo "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Trend xəbər verir ki, Millətlər Liqasının 1/4 final mərhələsi çərçivəsində Danimarkaya qarşı matçdan əvvəl 40 yaşlı portuqal futbol ulduzuna beynəlxalq karyerasında rekord sayda qələbəyə görə (132 qələbə) , “Ginnes” mükafatı təqdim olunub.
Buna qədər qeyd olunan kateqoriya üzrə rekord sahibi İspaniyanın “Monterey” klubunun müdafiəçisi Serxio Ramos idi.
Qeyd edək ki, Danimarkaya qarşı keçirilən və portuqalların 5:2 hesabı ilə qalib gəldiyi matçda Ronaldo karyerasının 929-cu, milli komandadakı isə 136-cı qolunu vurub.
Ronaldo həm də sərasər 22 il ərzində milli komandada qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.