Bakı. Trend:
"Vaşınqton Kepitals" hokkey komandasının rusiyalı hücumçusu Aleksandr Oveçkin "Nyu York Aylenders"ə qarşı oyunda NHL karyerasında 895-ci qolunu vurub.
Trend-in məlumatına görə, beləliklə, rusiyalı hokkeyçi Ueyn Qretzkiyə (894) məxsus olan liqanın müntəzəm çempionatlarında qol sayına görə tarixi rekordu yeniləyib.
A.Oveçkin 2005-ci ildən NHL-də oynayır və onun liqadakı bütün karyerası "Vaşinqton"da keçib. Bu komandanın tərkibində 39 yaşlı rusiyalı oyunçu 2018-ci ildə Stenli Kubokunu qazanıb.