...

"Real" İspaniya kubokunun finalından imtina etməyəcək

İdman Materials 26 Aprel 2025 04:21 (UTC +04:00)
"Real" İspaniya kubokunun finalından imtina etməyəcək

Bakı. Trend:

“Real” futbol klubu İspaniya kubokunun finalında iştirak edəcək.

Trend-in məlumatına görə, bu barədə Madrid klubunun rəsmi saytı açıqlama yayıb.

Madrid təmsilçisi bu gün “Barselona” ilə keçiriləcək final qarşılaşmasına təyin olunan hakimlərə etiraz etsə də, matçdan imtina məsələsinin gündəmdə olmadığı bildirilib. İspaniya mətbuatında “Real”ın oyuna çıxmaya biləcəyi ehtimalları irəli sürülsə də, klubun bəyanatında bu yöndə heç bir qərarın verilmədiyi vurğulanıb.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu bu gecə saat 00:00-da, Sevilyada start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti