...

FIFA prezidenti "Qarabağ"ı təbrik edib

İdman Materials 21 May 2025 22:44 (UTC +04:00)
FIFA prezidenti "Qarabağ"ı təbrik edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə ünvanladığı məktubda “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Trend-in məlumatına görə, o, Ağdam klubunu təbrik etməkdən məmnun olduğunu bildirib və AFFA prezidentinə təşəkkür edib: "Onların mövsüm boyu davamlı səyləri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm. Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə, fədakarlığa görə, assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizinlə tezliklə yenidən görüşməyi səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, "Qarabağ" tarixində 12-ci dəfə Azərbaycan çempionu olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti