Bakı.Trend:
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) İtaliyanın Karlo Ançelottinin Braziliyanın futbol üzrə milli komandasına baş məşqçi postuna təyinatı zaman futbol agentlərinin fəaliyyəti ilə bağlı qaydaların pozulmasına dair iddianı araşdıracaq.
Trend xəbər verir ki, bu barədə “Globo” portalı məlumat yayıb.
Portalın mənbəsinin məlumatına görə, FİFA-nın şübhələri Dieoqo Fernandeslə bağlıdır. Belə ki, biznesmenin italiyalı futbol mütəxəssisi Ançelloti ilə Braziliyanın Futbol Konfederasiyası və italiyalının keçmiş komandası Madrid “Real”ı arasında danışıqlarda vasitəçilik etdiyi ortaya çıxıb. Fernandesi agent vəzifələrini yerinə yetirməkdə şübhəli bilirlər, hərçənd onun bu cür fəaliyyət aparması üçün müvafiq lisenziyası yoxdur.
FİFA məsələnin aydınlaşması üçün Braziliya Futbol Konfederasiyasından aparılan danışıqların və həyata keçirilən bütün ödənişlərin arayışlarını tələb edir. Fernandes bu məsələdə sadəcə müşavir qismində iştirak etdiyini bildirir.