Bakı. Trend:
İtaliyanın “Roma” klubu İngiltərə “Brayton”undan hücumçu Evan Ferqyusonu icarəyə götürüb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, A Seriyası təmsilçisi irlandiyalı forvard üçün İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək.
“Canavarlar” həmçinin, gələcəkdə 40 milyon avro ödəməklə 20 yaşlı hücumçunun birdəfəlik transfer edə biləcək.