...

Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb

İdman Materials 10 Noyabr 2025 18:42 (UTC +04:00)
Azərbaycan ağırlıqqaldıranı İslamiadada iki gümüş və bir bürünc medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ağırlıqqaldıranı Ravin Alməmmədov (79 kiloqram) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında üç medal qazanıb.

Trend-in məlumatına görə, milli üzvü birdən qaldırmada 155 kiloqram ağırlığın öhdəsindən gələrək, bu hərəkətdə ikinci yeri tutub.

O, təkanla qaldırmada 190 kiloqram çəkini başı üzərinə qaldırmaqla üçüncü olub.

R. Alməmmədov iki hərəkətin cəmində isə 345 kiloqram nəticə ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 9-a çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti