Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının boks yarışlarının final görüşləri keçirilib.
Trend-in məlumatına görə, bokçumuz Səidcəmşid Cəfərov (80 kq) final görüşündə Sultan Osmanlıya (Türkiyə) qalib gələrək qızıl medala sahib olub.
Azərbaycan millisinin daha bir üzvü Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) üz-üzə gəlib. Finalda Özbəkistan təmsilçisinə məğlub olan Məhəmmədəli Qasımzadə gümüş medal qazanıb.
Qadın boksçumuz Aynur Mikayılova (57 kq) finalda Xumorabonu Mamajonovaya (Özbəkistan) məğlub olaraq gümüş medal qazanıb. Daha bir qadın boksçumuz Nərgiz Zeynalova (54 kq) da ikinci yeri tutub.
