...

Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi oldu

İdman Materials 12 Noyabr 2025 20:50 (UTC +04:00)
Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının qalibi oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Trend xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib.

Rəqibini 5:3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti