...

Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələsində qırmızı vərəqə alıb

İdman Materials 14 Noyabr 2025 01:57 (UTC +04:00)
Kriştiano Ronaldo dünya çempionatının seçmə mərhələsində qırmızı vərəqə alıb

Bakı. Trend:

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İrlandiya Respublikası ilə səfər oyununda birbaşa qırmızı vərəqə alıb.

Trend-in məlumatına görə, matçın 61-ci dəqiqəsində Ronaldo rəqib müdafiəçisi Dara O’Şiyə dirsəklə zərbə endirdiyi üçün meydandan qovulub. Hadisə baş verdiyi anda İrlandiya yığması 2:0 hesabı ilə önündə idi.

Qeyd edək ki, Ronaldo 2003-cü ildən Portuqaliya millisinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti