...

Azərbaycanın FİFA referisi Hikmət Qafarlı növbəti dəfə təyinat aldı

İdman Materials 24 Yanvar 2026 13:59 (UTC +04:00)
Azərbaycanın FİFA referisi Hikmət Qafarlı növbəti dəfə təyinat aldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edən hakimlər arasında Azərbaycanın FİFA referisi Hikmət Qafarlı da var.

Trend xəbər verir ki, o, B qrupunda keçiriləcək Ukrayna – Litva oyununun birinci hakimi olacaq.

Ona İngiltərədən Peter Nurse və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-i saat 19:00-da Kaunasdakı “Jalgiris Arena”da keçiriləcək.

Qeyd edək ki, FİFA referisinin ilk təyinatı yanvarın 22-də həmin arenada baş tutan Ermənistan – Ukrayna görüşünə olub. Timekeeper kimi iş başında olan referi bu dəfə final mərhələsində ilk dəfə oyunun əsas hakimi kimi arenaya çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti