...

“İnter”dən 5 cavabsız qol, “Yuventus” xal itirdi - İtaliya A Seriyası

İdman Materials 9 Fevral 2026 04:43 (UTC +04:00)
“İnter”dən 5 cavabsız qol, “Yuventus” xal itirdi - İtaliya A Seriyası

Bakı. Trend:

Futbol üzrə İtaliya A Seriyasında XXIV turun daha 4 oyunu keçirilib.

Trend-in məlumatına görə, lider "İnter" səfərdə "Sassuolo"ya 5 cavabsız qolla qalib gəlib. "Leççe" "Udineze"ni 2:1, "Parma" "Bolonya"nı 1:0 hesabı ilə məğlub edib.

Günün son matçında isə "Yuventus" öz meydanında "Latsio" ilə bacarmayıb. İlk hissədən sonra 0:2 hesabı ilə geridə olan Turin klubu fasilədən sonra 2 qol vuraraq məğlubiyyətdən xilas ola bilib.

Qeyd edək ki, tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti