...

“İnter” “Yuventus”u məğlub etdi - İtaliya A Seriyası

İdman Materials 15 Fevral 2026 01:53 (UTC +04:00)
“İnter” “Yuventus”u məğlub etdi - İtaliya A Seriyası

Bakı. Trend:

İtaliya A Seriyasının 25-ci turu çərçivəsində “İnter” – “Yuventus” oyunu keçirilib.

Trend-in məlumatına görə, Milan şəhərindəki "San Siro" stadionunda reallaşan qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Turin təmsilçisinin müdafiəçisi Andrea Kambiaso qarşılaşmanın 17-ci dəqiqəsində topu öz qapısından keçirib. Lakin o, 26-cı dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib. Oyunun 76-cı dəqiqəsində Françesko Espozito “İnter”i hesabda önə çıxarıb. Qonaqların yarımmüdafiəçisi Manuel Lokatelli 83-cü dəqiqədə tarazlığı bərpa edib. Matçın 90-cı dəqiqəsində isə Pyotr Zelinski həlledici qolu vuraraq "İnter"ə qələbə qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti