Bakı. Trend:
“Akabe” MMC Türkiyənin məşhur “Kütahya” brendinin məhsullarını təqdim edəcək yeni satış mərkəzinin təntənəli açılış mərasimini keçirib.
Şirkətdən Trend-ə verilən məlumata görə, Azərbaycanın “Akabe” MMC və Türkiyənin “NG Kütahya Seramik” şirkətləri arasında 10 ilə yaxındır davam edən uğurlu əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Tanınmış Türkiyə brendinin Azərbaycanda rəsmi distribütoru olan “Akabe” MMC şirkəti yeni mağazasının qapılarını müştərilərin üzünə açıb.
Bakı şəhəri, Azadlıq prospekti 163 ünvanında yerləşən yeni dükanda bu sahədə 20 illik təcrübəsi olan “NG Kütahya Seramik” şirkətinin istehsalı olan yüksək keyfiyyətli keramika məhsulları, mərmər, qranit plitələr və hamam otaqları üçün avadanlıqların sərgi-satışı həyata keçirilir.
Açılış mərasimində “NG Kütahya Seramik Porselen Turizm Sanayi A.Ş.” şirkətinin idarə heyətinin sədri Erkan Güral və Binəqədi rayonu İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək yeni mağazaya fəaliyyətində uğurlar arzu ediblər.
“Akabe” MMC 2000-ci ildən etibarən bazarda fəaliyyət göstərir. Mebel, kafel, süni qranit, hamam otaqları üçün avadanlıqlar və aksessuarların istehsalı və satışı ilə məşğul olan “Akabe” MMC geniş satış şəbəkəsinə malikdir. Şirkətin mağazaları paytaxtın aşağıdakı ünvanlarında yerləşir:
Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 12;
Azadlıq prospekti 19/79;
Sədərək Ticarət Mərkəzi, 2-ci zona, 19-cu sıra, N14;
Azadlıq prospekti 163.
Telefon: 18 23, www.akabe.az;
https://www.facebook.com/AkabeInshaat/?ref=ts&fref=ts https://www.instagram.com/akabe_baku/?hl=ru