Bakı. Elmira Tariverdiyeva – Trend:
İran və Azərbaycan birgə istehsal mallarının üçüncü ölkələrə ixracı məsələsində əməkdaşlıq etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Ərdəbilin general-qubernatoru Məcid Xudabəxş bildirib.
Onun sözlərinə görə, məsələn, Ərdəbil Azərbaycana kartof ixrac edə bilər, birgə müəssisə isə üçüncü ölkəyə kartof çipsləri sata bilər.
M.Xudabəxş qeyd edib ki, tərəflər qarşılıqlı investisiyaları artırmaq istəyirlər.