...

Azərbaycan və İsrail aviasiya sahəsində razılıq əldə ediblər

İqtisadiyyat Materials 28 Dekabr 2016 17:45 (UTC +04:00)
İsrail tərəfinin təklifi ilə dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan və İsrail aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.
Azərbaycan və İsrail aviasiya sahəsində razılıq əldə ediblər

Bakı. Trend:

İsrail tərəfinin təklifi ilə dekabrın 26-27-də Tel-Əvivdə Azərbaycan və İsrail aviasiya administrasiyalarının nümayəndə heyətləri arasında danışıqlar keçirilib.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Trend-ə verilən məlumata görə, danışıqlar zamanı tərəflər "Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında hava əlaqəsi haqqında Saziş" layihəsini razılaşdırıbar.

İki ölkənin aviasiya administrasiyalarının nümayəndə heyətləri həmçinin hava nəqliyyatı sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmiş və hər iki ölkənin təyin olunmuş aviaşirkətləri tərəfindən müntəzəm sərnişin və yük aviareyslərinin yerinə yetirilməsi barədə razılığa gəliblər.

Danışıqlarda hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti